Bank Of Baku

“Tvente” klubu Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovla müqaviləni pozub

“Tvente” klubu Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovla müqaviləni pozub
# 17 avqust 2010 12:22 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu ilin yanvarında Enshedenin “Tvente” klubu ilə 3 il yarımlıq müqavilə bağlayan 21 yaşlı hücumçunun legioner həyatı cəmi 7 ay çəkib.

Hollandiya mətbuatının iddiasına əsasən, tərəflər bu gün görüşərək müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına qərar veriblər: “Vaqifin Hollandiyada keçirdiyi dövr uyğunlaşma və zədələrə sərf olunması ilə əlamətdar oldu. Klub və oyunçu arasında görüşdə anlaşmanın ləğv olunması haqda razılıq əldə olunub”.

Qeyd edək ki, Cavadov Hollandiya təmsilçisinin əsas heyətində debüt edə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR