Bank Of Baku

Elxan Əliyev: “Azərbaycan yığması bütün oyunlara qələbə qazanmaq üçün çıxır”

Elxan Əliyev: “Azərbaycan yığması bütün oyunlara qələbə qazanmaq üçün çıxır”
# 18 avqust 2010 08:18 (UTC +04:00)
Bakı – APA. “Biz Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışıq. Bunun nəticəsində gözəl oyun nümayiş etdirib, qələbə qazanırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri kişilərdən ibarət Azərbaycan basketbol yığmasının baş məşqçisi Elxan Əliyev deyib.

Avropa çempionatının B divizionunda 10 il sonra qələbə qazanan milli komandamız uğurlu seriyanı davam etdirir. Qrupda yer alan rəqiblərini ardıcıl üçüncü dəfə məğlub edən basketbolçularımız ilk dövrəni vahid lider kimi başa vurmaq şansı qazanıblar. Hər oyunda fərqli taktika seçən Əliyev rumınlar üzərində qələbəni rəqibin aparıcı basketbolçularını düzgün bağlamalarında görür: “Biz bütün oyunlara qələbə üçün çıxırıq. Bunun üçün tez-tez taktiki gedişlər edirik. Üçüncü qələbəmizdə də düzgün taktika köməyimizə çatdı. Rumınların əsas oyunçuları Aurelian Dumitresku və Vlad Moldovyanunun hücumlarının qarşısını almağı tapşırmışdım. Yetirmələrim də tapşırığın öhdəsindən layiqincə gəldilər və gözəl hücumlar qurdular. Onların hamısını qələbə münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, Azərbaycan yığması Rumıniyanı səfərdə məğlub edib - 101:86.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR