Bank Of Baku

Türkiyə yığmasının futbolçusu: “Qarabağ”ı məğlub etmək çətin məsələdir”

Türkiyə yığmasının futbolçusu: “Qarabağ”ı məğlub etmək çətin məsələdir”
# 18 avqust 2010 08:20 (UTC +04:00)
Bakı – APA. “Qarabağ”ı məğlub etmək çətin məsələdir. Lakin bunu bacaracağımıza əminəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Nuri Şahin deyib.

Dortmund təmsilçisinin 22 yaşlı yarımmüdafiəçisi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunu ərəfəsində fikirlərini açıqlayıb: “Borussiya” sabah nəyə qadir olduğunu göstərmək niyyətindədir. Axı hər bir futbolçunun karyerası üçün beynəlxalq oyunlar böyük əhəmiyyət kəsb edir. Qalib gələcəyimiz, yoxsa uduzacağımızdan çox şey asılıdır. Biz də çalışacağıq ki, hər şey istədiyimiz kimi olsun”.

Qeyd edək ki, Almaniyada anadan olan Nuri Türkiyə milli komandasının şərəfini qoruyur. Bu yığmada 22 oyuna 1 qol vuran yarımmüdafiəçi həmin topu məhz Almaniyanın qapısından keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR