Bank Of Baku

Azərbaycan çempionu “Sportinq” klubu ilə qarşılaşacaq

Azərbaycan çempionu “Sportinq” klubu ilə qarşılaşacaq
# 18 avqust 2010 08:28 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə UEFA kubokunun 2010/2011-ci il mövsümündə ölkəmizi təmsil edəcək “Araz”ın sonuncu rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə ilkin mərhələdən başlayan İrlandiyanın “Sportinq” klubu A qrupunun qalibi adını qazanıb. Onlar bu qrupdakı hər iki matçda qalib gəlməklə, mərhələ adlamağı bacarıblar.

Bununla da mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan çempionunun 3-cü qrupun tam tərkibi müəyyənləşib. Naxçıvanlılar “Nikars” (Latviya), “Siti US Tarqu Mureş” (Rumıniya) və “Sportinq” (İrlandiya) komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Araz”ın mübarizə aparacağı qrupun oyunları sentyabrın 25-dən oktyabrın 3-dək Rumıniyada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR