Bank Of Baku

Almaniyanın “Borussiya” klubunun futbolçuları cəzalandırılıb

Almaniyanın “Borussiya” klubunun futbolçuları cəzalandırılıb
# 24 avqust 2010 09:38 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Borussiya” klubu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp bütün futbolçularına pul cəriməsi kəsib.

Almaniyalı mütəxəssis bunu Bundesliqanın ilk turunun “Bayer”lə qarşılaşmasındakı zəif oyunla əlaqələndirib: “Bütün komanda cərimələnir. Çünki onlar “Bayer”lə görüşdə nəyə qadir olduqlarını göstərmədilər. Ümid edirəm ki, futbolçular növbəti matçda belə oynamayacaqlar”.

Klopp “Bayer”lə qarşılaşmada zəif çıxış edən Sebastyan Keldən daha çox narazı qalıb. O, komandanın kapitanının 0:2 hesablı məğlubiyyətdə böyük pay sahibi olduğunu düşünür və “Qarabağ”la Bakıdakı görüşdə meydana buraxmaq istəmir. Bunun üçün isə onun sərəncamında 20 yaşlı perspektivli Sven Bender var.

Qeyd edək ki, ilk oyunda “Qarabağ”ı 4:0 hesabı ilə məğlub edən “Borussiya” ilə təmsilçimiz arasında cavab oyunu avqustun 26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR