Bank Of Baku

Yoahim Löv: “Azərbaycan yığmasını qiymətləndirməmək olmaz”

Yoahim Löv: “Azərbaycan yığmasını qiymətləndirməmək olmaz”
# 02 sentyabr 2010 13:15 (UTC +04:00)
Bakı – APA. “Belçika və Azərbaycan yığmaları ilə oyunlara maksimum nəticə üçün çıxacağıq. Biz həmin görüşlərdə 6 xal qazanmaq istərdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının Avro-2012-də rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Növbəti seçmə mərhələyə sabah start götürəcək Bundestim sentyabrın 7-də millimizi qəbul edəcək. Löv yığmamıza yuxarıdan aşağı baxmır: “Biz qələbə qazanmaq istəsək də, Belçika və Azərbaycanı qiymətləndirməmək olmaz. Əminəm ki, çoxlu gənc istedadlara malik Belçika yığması kifayət qədər motivasiyalı olacaq və cümə günü bizə sinə gərəcək. Bizi CAR-da yaxşı oynadığımız üçün favorit sayırlar. Ancaq digər tərəfdən, təsnifat mərhələsi ayrıca marafondur. Oyunçular öz statuslarını qorumağa borcludurlar. Bunun üçün hər oyunda konsentrasiyanı itirməmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR