Bank Of Baku

Berti Foqts: “Azərbaycan yığmasına Avropa arenasında özünü göstərmək üçün hələ 4-5 il vaxt lazımdır”

Berti Foqts: “Azərbaycan yığmasına Avropa arenasında özünü göstərmək üçün hələ 4-5 il vaxt lazımdır”
# 03 sentyabr 2010 15:07 (UTC +04:00)
Bakı – APA. “Azərbaycanda bir nömrəli idman növü şahmatdır. Hər halda, Harri Kasparov da bu ölkənin yetirməsidir. İkinci yerdə güləş, üçüncü yerdə isə ağır atletika gəlir. Futbol isə bu idman növlərindən geri qalır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək Almaniya ilə oyunu ərəfəsində 63 yaşlı almaniyalı mütəxəssis vətənində həmkarlarımıza müsahibə verib. Foqtsun fikrincə, yaxın gələcəkdə yığmamızın nəticə qazanması inandırıcı deyil: “Bizə Avropa arenasında özümüzü göstərmək üçün hələ 4-5 il vaxt lazımdır. Bundan tez nəyəsə ümid etmək mümkünsüzdür. Əvvəl çalışdığım ölkələrlə müqayisədə Azərbaycanda futbol ikinci dərəcəli rol oynayır. Uşaqların futbol oynaması üçün yer o qədər də çox deyil. Onlar bu idman növünə 12-13 yaşlarında gəlirlər. Bu isə gecdir. Bu yaşdan sonra nəyisə öyrənmək çətindir. Lakin artıq bu məsələdə irəliləyiş var və hətta orta məktəblərdə də futbol dərsləri keçirilir”.

Foqts ölkəmizdə təkcə məşqçiliklə kifayətlənmədiyini də bildirib: “Mən özümü məşqçidən çox, inkişafa cavabdeh şəxs kimi görürəm. Artıq regionlarda təşkilatı işlər yenidən qurulub, məşqçilərin hazırlanmasına ciddi fikir verilir. Bu məqsədlə Erix Rutemüller artıq Azərbaycanda olub və bizə kömək etmək üçün yenə gələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR