Bank Of Baku

Per Mertezaker Vaqif Cavadovu məhkəməyə verəcək

Per Mertezaker Vaqif Cavadovu məhkəməyə verəcək
# 11 sentyabr 2010 10:00 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, sifətindən aldığı zərbə nəticəsində almacıq sümüyü qırılan və 12-ci dəqiqədə meydanı tərk etməli olan alman müdafiəçi məhkəməyə müraciət etmək qərarına gəlib. “Verder” klubunun şərəfini qoruyan Mertezaker narazı salan digər məqam isveçli baş hakim Martin Strömberqssonun epizoda biganə qalmasıdır. Vaqifinin niyə cəzalandırılmadığını başa düşmədiyini deyən Per ən azından ona sarı vərəqə göstərilməsini vacib sayır. Kor olmaq təhlükəsi ilə üzləşdiyini deyən Mertezaker bu gün Bundesliqanın III turunda “Bavariya” klubu ilə vacib səfər oyununda meydana çıxa bilməyəcək. Bu ayın sonuna kimi yaşıl meydandan kənarda qalması gözlənilən ucaboylu müdafiəçi gələn həftədən xüsusi qoruyucu maska ilə fərdi məşqlərə başlayacaq.
“Verder”in baş məşqçisi Tomas Şaaf da baş verənlərdən narahatdır: “Yaranmış vəziyyətdən həddən artıq narazıyıq. Biz çox məyusuq”. Digər mərkəz müdafiəçisi Naldonu hələ mövsümün əvvəlindən dizindəki zədə üzündən itirən Şaaf Mertezakerin tezliklə qayıdışına ümidini edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR