Bank Of Baku

Avropa-Azərbaycan Cəmiyyəti Azərbaycan idmanının təbliği istiqamətində mühüm addım atıb

Avropa-Azərbaycan Cəmiyyəti Azərbaycan idmanının təbliği istiqamətində mühüm addım atıb
# 11 sentyabr 2010 10:17 (UTC +04:00)
Cəmiyyətdən APA-ya verilən məlumata görə, AAC Almaniyanın Köln şəhərində “Rhein-Energie Stadion”da Almaniya və Azərbaycan arasında keçirilmiş Avropa çempionatının seçmə oyununu izləmək üçün 100-dən çox VIP qonaq dəvət edib.

Qonaqlar arasında idman, media, siyasət və biznes dairələrinin nümayəndələri, o cümlədən Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Otinger (Guenther Oettinger), Almaniyanın keçmiş kansler müavini və xarici işlır naziri Hans-Ditrix Genşer (Hans-Dietrich Genscher), “Bayer 04” Leverkuzen komandasının keçmiş meneceri Rayner Kalmund (Reiner Calmund) və Şimali Reyn-Vestfaliya torpağının məktəb və təhsil naziri Silviya Lörmann (Sylvia Loehrmann) da olublar.

Matçdan əvvəl AAC sədri Tale Heydərov çıxışında təşkilatın Avropada, xüsusilə Almaniyadakı fəaliyyətinə toxunub. O bildirib ki, bu, Almaniyada mədəniyyət, biznes və siyasətə aid olan tədbirlər seriyasının ilk halqasıdır. O, Almaniya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib, bu əlaqələrin daha da inkişafına çalışdıqlarını deyib.

VIP qonaqlar “ClubLounge”da Azərbaycan mədəniyyətinin unikal nümunələri, Azərbaycan xalçaları ilə tanış olmaq imkanı da əldə ediblər.

Onlar Azərbaycan qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, sentyabrın 7-də keçirilmiş oyun Almaniya yığmasının 6:1 hesablı qələbəsi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR