Bank Of Baku

Azərbaycan millisi FİFA-nın reytinqində irəliləyib

Azərbaycan millisi FİFA-nın reytinqində irəliləyib
# 15 sentyabr 2010 13:10 (UTC +04:00)
Azərbaycan milli komandası FİFA-nın reytinqində üç pillə irəliləyərək, 10 illik tilsimi qırıb. Apasport.az saytının hesablamalarına görə, bu gün açıqlanan reytinq cədvəlində 102-ci yer nəinki baş məşqçi Berti Foqtsun dövründə, ümumiyyətlə, yığmamızın 2000-ci ildən bu yana ən yüksək göstəricisidir. Sonuncu dəfə həmin ilin aprelində bu pillədə olan millimiz artıq uzun müddətdir ilk yüzlüyü tərk edə bilmir. 1994-cü ilin iyunundan FİFA-nın reytinqində təmsil olunan Azərbaycan ən yüksək göstəricisi 97-ci yer olub. Bu isə 1999-cu ilin iyununda, dekabrında və 2000-ci ilin yanvarında reallaşıb.

Qeyd edək ki, yığmamız 1998-ci ilin avqustunda, 1999-cu ilin fevralında və aprelində də 102-ci pillədə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR