Bank Of Baku

Çempionlar Liqası: Joze Mourinyonun “Real”la debütü uğurlu olub

Çempionlar Liqası: Joze Mourinyonun “Real”la debütü uğurlu olub
# 16 sentyabr 2010 08:29 (UTC +04:00)
Bakı - APA-Sport. UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, İspaniya klublarının (“Barselona” və “Vaıensiya”) ardınca London təmsilçiləri mübarizəyə böyük hesablı qələbə başlayıb.

Londonun “Arsenal” klubu, ümumiyyətlə, I turun ən böyük hesablı qələbəsinə imza atıb. İngiltərə paytaxtının digər təmsilçisi “Çelsi” isə debütant “Jilini”nı onun meydanında yenib. Zlatan İbrahimoviçin “Milan”da turnirdə debütü uğurlu alınıb. Belə ki, “Barselona”nın sabiq hücumçusu “Oser”lə ev oyununda 3 dəqiqəyə etdiyi dublla yeni komandasına qələbə qazandırıb. Ötən mövsüm İtaliya “İnter”i ilə ÇL-in qalibi olan portuqaliyalı Joze Mourinyo “Real”da da qələbə ilə başlayıb.

İkinci günün əsas sensasiyası Fransada qeydə alınıb. Müəyyən fasilədən sonra ÇL-ə qayıdan Moskva “Spartak”ı Fransa çempionu “Marsel”ə avtoqolla qalib gəlib.

II turun oyunları sentyabrın 28-29-da keçiriləcək.

UEFA Çempionlar Liqası, qrup mərhələsi
I tur, 15 sentyabr

E qrupu

“Bavariya” (Almaniya)
– “Roma” (İtaliya) – 2:0
Müller, 79, Kloze, 83

ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə) – 2:1
Rada, 9, Traore, 12 – Stoker, 45

F qrupu

“Marsel” (Fransa) – “Spartak” (Moskva, Rusiya) – 0:1
Azpilkuetta, 82-öz qapısına

“Zilina” (Slovakiya) – “Çelsi” (İngiltərə) – 1:4
Aleks, 55-öz qapısına - Essyen, 13, Anelka, 23, 28, Starric, 48

G qrupu

“Real” (İspaniya)
– “Ayaks” (Hollandiya) – 2:0
İquayn, 30, 73

“Milan” (İtaliya) – “Oser” (Fransa) – 2:0
İbrahimoviç, 66, 69

H qrupu

“Arsenal” (İngiltərə)
– “Braqa” (Portuqaliya) – 6:0
Fabreqas, 9-pen., 53, Arşavin, 30, Şamax, 34, Vela, 69, 84

“Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya) – 1:0
Srna, 71

Qeyd edək ki, Çempionlar Liqasının I turuna sentyabrın 14-də start verilib. Həmin gün A, B, C və D qruplarında mübarizə aparan komandalar ilk oyunlarını keçiriblər.

A qrupu

“Tvente” (Hollandiya) – “İnter” (İtaliya) – 2:2
Yansen, 20, D.Milito, 30-öz qapısına – Sneyder, 14, Eto’O. 41

“Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:2
Almeyda, 43, Marin. 48 - Pasanen, 12-öz qapısına, Krauç, 18

B qrupu

“Lion” (Fransa)
– “Şalke-04” (Almaniya) – 1:0
Bastos, 21

“Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 2:0
Luizao, 20, Kardoso, 68

C qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 0:0

“Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya) – 0:4
T.Kosta, 16, Aduriz, 41, Ernandes, 68, Soldado, 76

D qrupu

“Barselona” (İspaniya)
– “Panatinaikos” (Yunanıstan) – 5:1
Messi, 22, 43, Vilya, 33, Pedro Rodriges, 78, Alves, 90 – Qovu, 20

“Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya) – 1:0
N’Doye, 87
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR