Bank Of Baku

Rövnəq Abdullayev: “Almaniya yığması Argentinanı 4-0 udmuşdu, biz almanlara heç olmasa bir top vura bildik”

Rövnəq Abdullayev: “Almaniya yığması Argentinanı 4-0 udmuşdu, biz almanlara heç olmasa bir top vura bildik”
# 18 sentyabr 2010 10:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.

Məğlubiyyəti çox pis qarşıladığını qeyd edən AFFA prezidenti bəzi səbəbləri də açıqlayıb: «Müdafiədə oyunçularımız olmadı. Bilirsiniz ki, orada iki əsas müdafiəçimiz oyuna çıxa bilmədi. Deyərdim ki, komandamız oyuna yaxşı başladı. Amma təcrübəsizlik bizi belə bir məğlubiyyətə gətirib çıxardı».

R. Abdullayev Azərbaycan yığmasına təskinlik də verib: «Bir şeyi unutmamalıyıq ki, Almaniya Argentinanı 4:0 hesabı ilə uddu. Biz heç olmasa bir top vura bildik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR