Bank Of Baku

Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır

Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır
# 27 sentyabr 2010 10:27 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə UEFA kubokunda ölkəmizi təmsil edən Naxçıvanın “Araz” klubu sabah ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu ilk matçda İrlandiya təmsilçisi “Sportinq”lə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Seçmə mərhələnin 3-cü qrupunda yer alan təmsilçimiz ikinci oyununu sentyabrın 29-da keçirəcək. Joze Alessio da Silvanın başçılıq etdiyi komanda Latviya çempionu “Nikars”la qarşılaşacaq. Oktyabrın 1-də isə Naxçıvan təmsilçisi Rumıniyanın “Targu Mureş” komandası ilə gücünü sınayacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Rumıniyada keçiriləcək. “Araz” bu gün adıçəkilən ölkəyə yollanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR