Bank Of Baku

Rza Çalımbay: “Azərbaycan yığmasının baş məşqçisi postuna gələ bilərəm”

Rza Çalımbay: “Azərbaycan yığmasının baş məşqçisi postuna gələ bilərəm”
# 28 sentyabr 2010 13:25 (UTC +04:00)
Bakı – APA. Tanınmış mütəxəssis Rza Çalımbay Azərbaycandan təklif gözləyir. Bu barədə apasport.az saytına eksklüziv müsahibəsində türkiyəli məşqçinin özü məlumat verib. Ölkəmizdə işləmək variantına müsbət baxdığını bildirən Çalımbayın sözlərinə görə, gələcəkdə məşqçilik karyerasını milli komandamızda və ya klublardan birində davam etdirə bilər: “Əskişəhərspor”dan ayrıldıqdan sonra heç bir variantım yoxdur. Bilmək olmaz, bəlkə də Azərbaycan gəldim. Təbii ki, təklif olarsa. Bu, çox gözəl olardı. Azərbaycan yığmasının baş məşqçi postuna gələrəm. Niyə də olmasın? Klublarınızda da işləyərəm. Bu, təklifdən asılıdır, şərtlərə baxmaq lazımdır. Ancaq indi düşünmürəm. Bir qədər istirahət haqda fikirləşirəm. İndi mövsüm başlayıb, münasib vaxt deyil. Ancaq gələcəkdə mümkündür”.

Qeyd edək ki, Çalımbay az öncə istefaya göndərildiyi “Əskiçəhərspor” klubuna milli komandamızın kapitanı Rəşad Sadıqovu transfer edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR