Bank Of Baku

Azərbaycanlı futbolçular məşhur Zinəddin Zidanla görüşmək şansı qazandılar

Azərbaycanlı futbolçular məşhur Zinəddin Zidanla görüşmək şansı qazandılar
# 28 sentyabr 2010 13:47 (UTC +04:00)
Bakı – APA. Bakının "İnter" klubunun 13 yaşlılardan ibarət komandası sabah Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinə yola düşəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vəli Hüseynovun yetirmələri "Danone Beynəlxalq Kuboku" turnirində Azərbaycanı təmsil edəcək.

40 ölkənin iştirak edəcəyi yarış uşaqlar arasında keçirilən ən böyük turnir hesab olunur. 1000-dən artıq uşaq futbolçunun qatıldığı turnirdə komandalar "Dünya çempionu" adını qazanmağa çalışacaq. Tanınmış futbolçu və "Danone Beynəlxalq Kuboku"nun rəsmi səfiri Zinəddin Zidanın da turnirin final mərhələsində iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, turnir oktyabrın 1-dən 3-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR