Bank Of Baku

“Bavariya” sensasiyaya imkan vermədi

“Bavariya” sensasiyaya imkan vermədi
# 28 sentyabr 2010 23:00 (UTC +04:00)
Bakı-APA.UEFA Çempionlar Liqasında II tur start götürüb.
Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə E, F, G və H qruplarının görüşləri baş tutub.

Keçirilən 8 görüşdə qapılara 21 qol vurulub ki, bunların 10-da meydan sahibləri, 11-də qonaqlar sevinib. Ev sahibləri 3, gəlmələr 4 qələbə qazanıb, digər 1 görüşdə qalib müəyyənləşməyib.

Gecənin ən məhsuldar matçı Serbiyada baş tutub ki, “Partizan” doğma Belqradda “Arsenal”a uduzub. “Spartak” Moskvada “Jilina”ya, “Şaxtyor” isə səfərdə “Braqa”ya 3 cavabsız qol vurub.

Turnirin favoritlərindən sayılan “Bavariya” İsveçrədə məğlub duruma düşsə də, Şvaynştaygerin dublu sayəsində sensasiyaya imkan verməyib.

II tura bu gün A, B, C və D qruplarında keçirilən oyunlarla yekun vurulacaq.

28 sentyabr

E qrupu
“Bazel” – “Bavariya” - 1:2
QOLLAR: Streller, 18 - Şvaynştayger, 56 (p); 89
“Roma” – ÇFR - 2:1
QOLLAR: Mekses, 69; Borriello, 71 - Rada, 79

F qrupu
“Spartak” – “Jilina” - 3:0
QOLLAR: Ari, 34; 61; İbson, 89
“Çelsi” – “Marsel” - 2:0
QOLLAR: Con Terri, 7; Anelka, 29 (p)

G qrupu
“Oser” – “Real” - 0:1
QOL: Di Maria, 82
“Ayaks” – “Milan” - 1:1
QOLLAR: Əl Hamdaui, 23 - İbrahimoviç, 37


H qrupu
“Partizan” – “Arsenal” - 1:3
QOLLAR; Kleo, 33 - Andrey Arşavin, 16; Şamax, 71; Squlacci, 82
“Braqa” – “Şaxtyor” - 0:3
QOLLAR: Adriano, 56; 72; Duqlas, 90 (p)

29 sentyabr

A qrupu
“Tottenhem” – “Tvente”
“İnter” – “Verder”

B qrupu
“Hapoel” – “Lion”
“Şalke” – “Benfika”

C qrupu
“Valensiya” – “Mançester Yunayted”
“Reyncers” – “Bursaspor”

D qrupu
“Rubin” – “Barselona”
“Panatinaikos” – “Kopenhagen”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR