Bank Of Baku

Məşhur futbolçu özünü öldürmək istəyib

Məşhur futbolçu özünü öldürmək istəyib
# 30 sentyabr 2010 13:08 (UTC +04:00)
Bakı – APA. Braziliya milli komandasının sabiq futbolçusu Adriano təxminən il yarım əvvəl özünü öldürmək istəyirmiş. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Roma” klubunun hücumçusunun bu sirrinin üstünü anası açıb.

O bildirib ki, Adriano ötən ilin aprelində həyatından bezib, intihar haqda düşünürmüş. Bu hadisə İtaliyanın “İnter” klubunun onunla müqaviləni pozduğu vaxta təsadüf edib.

6 ay futboldan kənarda qaldıqdan sonra vətənində “Flamenqo”da çıxış edib, yayda “Roma” ilə anlaşan Adrianonun anası buna futbolçunun depressiya keçirməyinin səbəb olduğunu bildirib: “Atasının ölümündən sonra çox ağır durumda idi. Adriano küskün olduğu üçün özünə yer tapa bilmirdi. Axı atası ilə barışmağa da vaxt tapmamışdı. Belə bir vaxtda onu tənqid edir, ağızlarına gələni yazırdılar. Bu da oğlumun depressiyaya düşməsinə səbəb olmuşdu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR