Bank Of Baku

“Qarabağ” dünyanın ən güclü klublarının reytinq siyahısında geriləyib

“Qarabağ” dünyanın ən güclü klublarının reytinq siyahısında geriləyib
# 04 oktyabr 2010 08:56 (UTC +04:00)
Bakı – APA. Dünyanın ən güclü klublarının reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni siyahısında planetin 355 ən yaxşı komandası yer alıb.

Azərbaycanın cədvəldəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu bu dəfə də geriləyib. Son aylar siyahının aşağılarına yuvarlanan Qurban Qurbanovun yetirmələri 82 xalla 231-ci pillədə qərarlaşıblar. Ötən siyahı ilə müqayisədə 20 pillə geriləyən “Qarabağ”la yanaşı, daha 7 klub eyni göstəriciyə malikdir. 231-ci yerin şərikləri sırasında İngiltərənin “Stok Siti”, Fransanın “Renn” kimi klubları da var.

Qeyd edək ki, siyahının ilk üç pilləsində dəyişiklik baş verməyib. İtaliyanın “İnter” klubu 300 xalla birinci, İspaniya təmsilçisi “Barselona” 279 xalla ikinci, 260 xala malik olan Almaniyanın “Bavariya” komandası üçüncüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR