Bank Of Baku

Rusiyada Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə əməliyyatı zamanı futbolçu öldürülüb

Rusiyada Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə əməliyyatı zamanı futbolçu öldürülüb
# 04 oktyabr 2010 14:43 (UTC +04:00)
Bakı – APA. Rusiyanın “Daqdizel” klubunun futbolçusu Rimixan Ziyadov qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə əməliyyatı zamanı öldürülüb.

Onlar terrorçu dəstəsini zərərsizləşdirmək məqsədi ilə keçirilən xüsusi tədbirlər zamanı 5 cinayətkarı qətlə yetiriblər. Məlum olub ki, onlardan biri Ziyadovdur. O, Rusiyanın II divizionunun Cənub zonasında mübarizə aparan “Daqdizel”də oynamaqla yanaşı, terror fəaliyyəti ilə də məşğul olurmuş. Rimixan həm də Kaspiysk təmsilçisinin vitse-kapitanı idi.

Qeyd edək ki, Azərbaycan yığmasının sabiq futbolçuları Əhməd Qurbanov və vaxtilə Ələddin Xamatov adı ilə ölkəmizə gələn Aftandil Orucov da “Daqdizel”də çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR