Bank Of Baku

Fateh Terim Fiorentinaya qayıdır?

Fateh Terim Fiorentinaya qayıdır?
# 06 oktyabr 2010 04:16 (UTC +04:00)
Bakı-APA. Tanınmış türk futbol məşqçisi Fateh Terim İtaliyanın Fiorentina komandasına yenidən başcılıq edə bilər.
APA-nın DHA agentliyinə istinadən verdiyi xəbərə görə, İtaliyanın A seriyasında Terimin 2000-2001-ci ildə baş məşqçi kimi çalışdığı Fiorentinanın vəziyyəti olduqca çətin durumdadır. Komandanın pərəstişkarları Fiorentinanın köhnə texnik direktoru Fateh Terimin yenidən komandaya qayıtmasını və bu durumdan qurtaracağını arzulayarlar.
Türkiyə millisinin texnik direktorluğu vəzifəsindən 2010- cı ildə dünya kuboku seçmə oyunlarından sonra istefa verən Terim ikinci dəfə Fiorentinaya qayıtmağa razıdır.

Futbol mövsümünə Sinisa Mihatloviç ilə başlayan ancaq altı həftədə yalnız Parma qarşısında qələbə qazanan Fiorentina bir gün əvvəl 2-1 hesabla Palermoya uduzduğu oyunda Fiorentina tərəfdarları stadionda "Fateh Term" yazılan plakat açıblar.

Bir birinin ardınca məğlubiyyətlər Fiorentina başçısı Diyeqo Della Vale Fetih Termi 10 ildən sonra ikinci dəfə komandanın başına gətirmək üçün fəaliyyətə başlayıb.

Fiorentinanın meneceri Moreno Roggi:- “Vəziyyət cox cətindir. Fiorentina səni düşünür” deyərkən, Terminin də təklifə isti baxdığını bildirilib.
Fioretinanın klub meneceri vəzifəsini icra edən Antonio De Gennarodə 57 yaşlı Terimlə danışıqlara başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR