Bank Of Baku

Əmrə Belözoğlu: “Bu, Azərbaycanla oyun öncəsi bizi daha da ürəkləndirər”

Əmrə Belözoğlu: “Bu, Azərbaycanla oyun öncəsi bizi daha da ürəkləndirər”
# 06 oktyabr 2010 14:35 (UTC +04:00)
Bakı – APA. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də baş tutacaq görüşdə Azərbaycan milli komandasının qonağı olacaq Türkiyə yığması üçün 4 gün əvvəlki qarşılaşma böyük əhəmiyyət kəsb edir. Apasport.az aytının məlumatına görə, “ay-ulduzlular”ın kapitanı Əmrə Belözoğlu Bakı səfəri ərəfəsində keçiriləcək ilk görüşün vacibliyini açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi bu iki matçdan birincisinin necə bitəcəyinin digərinə təsir edəcəyini düşünür: “Berlindəki matçda istənilən nəticə qeydə alına bilər. Lakin biz də əlimizdən gələn hər şeyi edəcəyik ki, yaxşı nəticə qazanaq. Almaniya ilə matçda alınacaq yaxşı nəticə Azərbaycanla oyun ərəfəsində bizi daha da ürəkləndirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR