Bank Of Baku

Mahmut Özgənər Türkiyə futbol yığmasının Azərbaycanla keçirəcəyi görüşə münasibət bildirib

Mahmut Özgənər Türkiyə futbol yığmasının Azərbaycanla keçirəcəyi görüşə münasibət bildirib
# 07 oktyabr 2010 07:43 (UTC +04:00)
Bakı – APA. “Avro-2012-nin seçmə mərhələsini yaxşı başladıq. İlk iki görüşdə iki qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgənər deyib.

M. Özgənər Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 8-də Almaniya, 4 gün sonra Azərbaycanla keçiriləcək görüşləri haqda fikirlərini açıqlayıb: “Almaniya və Azərbaycanla matçlar bizim üçün çox vacibdir. İstədiyimiz nəticələri qazana bilməməklə hər şeyi sıfırdan başlamalı olarıq. Ancaq qazanacağımız hər xal bizə üstünlük gətirəcək”.

Qeyd edək ki, oktyabrın 12-də keçiriləcək Azərbaycan – Türkiyə oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR