Bank Of Baku

AFFA-nın İcraiyyə Komitəsinin üzvü: “Futbolçularımız meydanda ölməyə hazır olmalıdırlar”

AFFA-nın İcraiyyə Komitəsinin üzvü: “Futbolçularımız meydanda ölməyə hazır olmalıdırlar”
# 08 oktyabr 2010 08:38 (UTC +04:00)
Bakı - APA. “Azərbaycan yığması səfərdə əzmkarlıq nümayiş etdirərək, layiqli oynayacaq. Fikrimcə, heç olmasa uduzmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov deyib.

Bu gün Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyununa münasibətini bildirən Məmmədov rəqibi elə də güclü saymır: “Hər bir görüşdə 11 nəfər eyni sayda futbolçuya qarşı mübarizə aparır. Mən avstriyalıların heç birini ulduz saymıram və rəqibin üzvlərini hansısa bacarıqlarına görə Berti Foqtsun yetirmələrindən artıq hesab etmirəm. Bunun üçün futbolçularımız oyuna çıxıb meydanda ölməyə hazır olmalıdırlar”.

Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu bu gün saat 23:30-da start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR