Bank Of Baku

Berti Foqts Avropada beşinci ən yaşlı baş məşqçidir

Berti Foqts Avropada beşinci ən yaşlı baş məşqçidir
# 08 oktyabr 2010 11:05 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsində iştirak edən həmkarları arasında ilk onluğa düşüb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 10 ən yaşlı baş məşqçi arasında 5-ci yerdə gedir. Bu ilin dekabrın 30-da 64 yaşı tamam olacaq Foqts hollandiyalı Qus Hiddink və italyan Fabio Kapello kimi 1946-cı il təvəllüdlü olsa da, onlardan gün etibarilə kiçikdir. Ən yaşlı baş məşqçi isə bizlərə də yaxşı tanış olan Covanni Trapattonidir. 2002-ci ilin sentyabrında İtaliya yığmasının çalışdırıcısı kimi Bakıya gələn təcrübəli mütəxəssis Avro-2012-nin iştirakçıları arasında 70 yaşı haqlayan yeganə şəxsdir.
Qeyd edək ki, cari seçmə mərhələdə ən cavan baş məşqçi Ermənistan yığmasının çalışdırıcısı Vardar Minasyandır (36 yaş 276 gün).

Yaş Məşqçi (Ölkə) Yığma
71 yaş 205 gün Covanni Trapattoni (İtaliya) İrlandiya
68 yaş 169 gün Eqil Olsen (Norveç) Norveç
64 yaş 112 gün Fabio Kapello (İtaliya) İngiltərə
63 yaş 334 gün Qus Hiddink (Hollandiya) Türkiyə
63 yaş 282 gün Berti Foqts (Almaniya) Azərbaycan
63 yaş 11 gün Dik Advokat (Hollandiya) Rusiya
62 yaş 208 gün Bernd Ştanqe (Almaniya) Belarus
61 yaş 269 gün Ottmar Hitsfeld (Almaniya) İsveçrə
61 yaş 55 gün Morten Olsen (Danimarka) Danimarka
60 yaş 85 gün Şandor Eqervari (Macarıstan) Macarıstan
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR