Bank Of Baku

İran futbolundakı irqçilik və Təbriz komandasına qarşı təzyiqlərlə bağlı FİFA-ya şikayət edilib

İran futbolundakı irqçilik və Təbriz komandasına qarşı təzyiqlərlə bağlı FİFA-ya şikayət edilib
# 11 oktyabr 2010 07:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Təbrizin “Traxtor” futbol klubuna qarşı təzyiqlərlə bağlı FİFA-ya 70 səhifəlik şikayət məktubu göndərib. GAMAC-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayətdə Təbrizin “Traxtor” futbol komandasının oyunları zamanı azərbaycanlılara qarşı edilən təzyiq və təhqirlər öz əksini tapıb.

Məktubda bildirilir ki, iyulun 27-də İran İslam Respublikasının paytaxtı Tehranın “Azadi” stadionunda “Perspolis” və “Traxtor” komandaları arasındakı oyun zamanı fars azarkeşlər azərbaycanlılara qarşı təhqiramiz şüarlar səsləndiriblər. Bu təhqirlər İran kanallarında, o cümlədən geniş yayım əhatəsi olan TV3 kanalında heç bir məhdudiyyət qoyulmadan yayımlanıb. Bu təhqirlərə etiraz edən azərbaycanlılar isə müxtəlif təqib və həbslərə məruz qalıblar. Bu məsələ ilə bağlı İran Futbol Federasiyasına rəsmi şikayət məktubları göndərilsə də, federasiya bu şikayətlərə və baş vermiş olaylara ədalətsiz mövqedən yanaşaraq təhqir və təxribatların qarşısını almaq əvəzinə “Traxtor” klubu və onun tamaşaçılarını cəzalandırıb.

Məktubda İran futbolunda irqçilik, azərbaycanlıların azarkeşlik etdikləri futbol komandasına qarşı ayrı-seçkilik siyasəti haqqında geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR