Bank Of Baku

Əmrə Bələzoğlu: “Azərbaycana uduzmaq faciə deyil”

Əmrə Bələzoğlu: “Azərbaycana uduzmaq faciə deyil”
# 11 oktyabr 2010 16:33 (UTC +04:00)
Bakı – APA. “Arda Turan yığmamız üçün əhəmiyyətli futbolçudur. Onun Bakıda da bizimlə olmasını çox istərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının kapitanı Əmrə Bələzoğlu deyib.

Avro-2012-nin seçmə qrup mərhələsində sabah Azərbaycanla qarşılaşacaq “ay-ulduzlu” komandanın futbolçusu bu gün təçkil olunan mətbuat konfransında maraqlı fikirlər səsləndirib: “Uduzduq və ya qalib gəldik, fərqi yoxdur. Məsuliyyəti komandanın bütün üzvləri daşıyırlar. Almanlara acı məğlubiyyətdən sonra Azərbaycanla oyunda 3 xal qazanmaq gözəl fürsətdir. İnanıram ki, biz bunu bacaracağıq”.

Əmrənin fikrincə, milli komandamızla oyunda uduzsalar belə, bu faciə olmayacaq: “Sabah məqsədimiz qələbə qazanmaqdır. Lakin xal itirsək belə bu, bizim üçün faciə deyil. Növbəti mərhələyə yüksəlmək üçün oyunumuza davam edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR