Bank Of Baku

Dünyanın ən yaxşı qapıçısının adı açıqlanıb

Dünyanın ən yaxşı qapıçısının adı açıqlanıb
# 12 oktyabr 2010 07:36 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) XXI əsrin ilk 10 illiyinin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Yuventus” və İtaliya yığmasının qapıçısı Canluicci Buffon 2001-10-cu illərin yekununa əsasən ən yaxşı sayılıb.

2006-cı ildə dünya çempionu adını qazanan 32 yaşlı Buffon 170 xalla 1-ci yeri tutub. Onun ən yaxın izləyicisi son dünya çempionu İspaniyanın qapıçısı İker Kasilyasdır. Madrid “Real”ının kapitanı 157 xalla 2-ci, Londonun “Çelsi” klubunun və Çexiya millisinin qapıçısı Peter Çex 120 xalla 3-cü olub.

69 qapıçının yer aldığı siyahıda Türkiyənin yeganə təmsilçisi yığmanın sabiq qapıçısı Rüştü Rəcbərdir. “Beşiktaş”ın 37 yaşlı qapıçısı 27 xalla 19-dur.

Qeyd edək ki, Buffon, Kasilyas və Rəcbər müxtəlif vaxtlarda yığmalarının heyətində Bakıya gələrək, milli komandamıza qarşı oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR