Bank Of Baku

Bakıda Azərbaycan-Türkiyə matçı ilə bağlı gənclərin yürüşü keçirilib

Bakıda Azərbaycan-Türkiyə matçı ilə bağlı gənclərin yürüşü keçirilib
# 12 oktyabr 2010 16:39 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakıda bir qrup gənc Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Türkiyə matçını izləmək üçün yürüş ediblər.

APA-nın xəbərinə görə, Nizami küçəsindən Tofiq Bəhramov adına Respublika stadionuna yürüşdə iştirak edən gənclər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar. Onlar yürüş boyunca “Vətən, sənə canım fəda”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” və “Qarabağ bizimdir” kimi şüarlar səsləndiriblər.

Stadionun qarşısında yürüş iştirakçılarına qardaşlıq yarışını izləməyə gələn yüzlərlə insan qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR