Bank Of Baku

Türkiyə müxalifəti parlamentdə milli komandanın baş məşqçisi Quus Hiddinklə bağlı məsələ qaldırıb

Türkiyə müxalifəti parlamentdə milli komandanın baş məşqçisi Quus Hiddinklə bağlı məsələ qaldırıb
# 14 oktyabr 2010 10:36 (UTC +04:00)
APA-nın ANKA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müxalifət milli komandanın hollandiyalı baş məşqçisi Quus Hiddinkin Türkiyə Futbol Federasiyasından nə qədər pul aldığının açıqlanmasını istəyib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) Mersin millət vəkili Əli Rza Öztürk idman məsələləri üzrə dövlət naziri Faruk Özaka yazılı sorğu ünvanlayıb. Ə. R. Öztürk Q. Hiddinkin TFF ilə imzaladığı müqaviləyə bu müqavilənin şərtlərinin gizli saxlanılması və ictimaiyyətə açıqlanacağı təqdirdə ona təzminat ödənməsini nəzərdə tutan xüsusi maddə qoydurub-qoydurmadığını soruşub: “Bu xəbərlər doğrudursa, Futbol Federasiyasının bu cür gizli müqavilə imzalamasının səbəbi nədir? Quus Hiddink TFF-dən ildə nə qədər maaş alır? İllik maaşdan başqa ona mükafat, ev kirayəsi üçün əlavə pul ödənirmi? Ona ödənən illik məbləğin miqdarı nə qədərdir? Bundan başqa, mətbuatda Hiddinkin Hollandiyada vergidən yayındığı, 1,4 milyon avro məbləğində vergini ödəmədiyi, bu səbəblə prokuror tərəfindən barəsində 10 ay həbs cəzasının tələb edildiyi, məşqçinin 45 min avro cərimə və 6 aylıq şərti cəzaya məhkum olunduğu haqqında xəbərlər də yer alıb. Əgər bu xəbərlər də doğrudursa, Türkiyə Futbol Federasiyası nəyə görə tərcümeyi-halı ləkəli olan bu adamla anlaşma əldə edib? Hiddinkin ölkəmizdə də vergidən yayınması ehtimalı ilə bağlı hər hansı araşdırma aparılıbmı? Aparılıbsa nəticəsi nədir?”

Qeyd edək ki, Türkiyə mediasında yayılan xəbərlərə görə, Q. Hiddink TFF-dən 8 milyon avro maaş alır və vəd olunan mükafatlarla birlikdə illik gəliri 11 milyon avroya çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR