Bank Of Baku

“Eskişehirspor”un azərbaycanlı futbolçusu Türkiyə mediasının diqqət mərkəzindədir

“Eskişehirspor”un azərbaycanlı futbolçusu Türkiyə mediasının diqqət mərkəzindədir
# 15 oktyabr 2010 03:22 (UTC +04:00)
Bakı-APA. Avro 2012 Qrup Seçmələri matçında Türkiyə komandasının qapısına qalibiyyət qolunu vuran Azərbaycan milli komandasının kapitanı, eskişehirsporlu futbolçu Rəşad Sadıqov DHA agentliyinə müsahibəsində hazırlıq matçında qarşılaşdıqları Türkiyə ilə bu matçdakı Türkiyənin çox fərqli olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu mövsümdən “Eskişehirspor”un heyətində çıxış edən Azərbaycan futbolçusu Türkiyəyə atdığı qələbə qolu ilə indi Türkiyədə diqqət mərkəzindədir. Məşqdən əvvəl Sadıqova yaxınlaşan komanda yoldaşları Adəm Sarı və Sezər Öztürk, “Türkiyəni yıxan adamı çəkin” deyə jurnalistlərlə zarafat ediblər.
Matçla əlaqədar danışan Rəşad Sadıqov bildirib ki, qol zamanı qurulan kombinasiya Azərbaycan komandasının küncdən vurulan zərbədə istifadə etdiyi köhnə taktikasıdır.

“Bu mövzu çox danışıldı, bu qədər şişirilməsini istəmirəm. O matçdakı vəzifəm zərbə vurmaq idi və bu qolla nəticələndi. Bu kombinasiyadan taktikanı bilməyən komandaya qarşı həmişə istifadə etmişik. Hazırlıq matçında Türkiyə komandasına qarşı da istifadə etdik, amma alınmadı. O komanda ilə Bakıdakı Türkiyə komandası arasında çox fərq var idi. Hər halda bu oyunçular bizim taktiki gediş barədə bilmirdilər. Bu küncdən zərbə taktikası ilə biz çox qol vurmuşuq. Artıq o matçı unutdum. Çünki klubumuz çətin vəziyyətdədir və kirtik matça çıxacağıq. Yalnız İstanbul Böyükşəhər Bələdiyyəsporla matçı düşünürəm”, - deyə Sadıqov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR