Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan futbol yığmasının Türkiyə üzərində qələbəsinə münasibət bildirib

Prezident İlham Əliyev Azərbaycan futbol yığmasının Türkiyə üzərində qələbəsinə münasibət bildirib
# 15 oktyabr 2010 07:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Türkiyə üzərində qazandığı qələbəyə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə idmanın, o cümlədən futbolun inkişafından danışıb.

Prezident son Avropa çempionatının bürünc medalçısı ilə görüşdə qazanılan uğuru yüksək qiymətləndirib: “Çox şadam ki, futbolçularımız nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gəncdir və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda layiqli oyun göstərirlər. Qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaq, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaq. Buna vaxt və səbr lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər”.

Qeyd edək ki, yığmamız Rəşad Sadıqovun Türkiyə ilə oyunun ilk hissəsində vurduğu qolla 1:0 hesablı tarixi qələbə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR