Bank Of Baku

Qazaxıstan yığmasının baş məşqçisi istefaya göndərilib

Qazaxıstan yığmasının baş məşqçisi istefaya göndərilib
# 15 oktyabr 2010 11:11 (UTC +04:00)
Bakı – APA. Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork vəzifəsindən azad edilib. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsi almaniyalı mütəxəssislə bağlı qərar qəbul edib. Onlar Ştorkun cari seçmə mərhələdə işini qiymətləndirərək, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədiyini qənaətinə gəliblər. Qurum rəhbərliyi bu gün Almatıda keçirdiyi mətbuat konfransında ilin sonunda müqaviləsi başa çatan almaniyalı ilə əməkdaşlığa son qoyduqlarını rəsmən açıqlayıblar.

Qeyd edək ki, milli komandamızla hər iki oyunu gələn il keçirəcək Qazaxıstan yığmasının yeni baş məşqçisi ilə bağlı axtarışlara artıq start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR