Bank Of Baku

“Qarabağ” klubunun daha bir futbolçusu Avropanın ən yaxşıları arasındadır

“Qarabağ” klubunun daha bir futbolçusu Avropanın ən yaxşıları arasındadır
# 18 oktyabr 2010 08:18 (UTC +04:00)
Bakı – APA. 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu günə olan cədvəldə Azərbaycan millisinin üzvü də var. Bu, Portuqaliyada təşkil olunan 3-cü qrupun matçlarında 3 qol vuran Tural İsgəndərovdur.

Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyan gənc hücumçu Portuqaliyaya 1, Gürcüstana 2 qol vurub. O, qitə çempionatının ən məhsuldar futbolçularından yalnız 1 qol geri qalır. Siyahıya başçılıq edən Benik Afobe (İngiltərə), Kevin Volland (Almaniya), Ceyms Kitinqs (Şotlandiya) hərəyə 4 qol vurublar. Tural isə daha 7 futbolçu ilə bərabər 4-11-ci yerləri bölüşür.

Qeyd edək ki, “Qarabağ”ın daha bir futbolçusu Əfran İsmayılov bir müddət Avropa Liqasının bombardirləri siyahısında qərarlaşmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR