Bank Of Baku

Azərbaycan yığması FİFA-nın reytinq siyahısında rekord müəyyənləşdirib

Azərbaycan yığması FİFA-nın reytinq siyahısında rekord müəyyənləşdirib
# 20 oktyabr 2010 10:12 (UTC +04:00)
Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 11 pillə irəliləyib.

91-ci yerə yüksələn və hesabında 361 xal olan millimizin Bakıda Türkiyə üzərində qazandığı qələbə (1:0) reytinq tariximizdə rekord vurub. Belə ki, bu, komandamızın FİFA-nın reytinqində 16 illik tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, yığmamız UEFA-nın reytinqində 44-cü yerdə gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR