Bank Of Baku

Frank Raykaard “Qalatasaray”ın baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb

Frank Raykaard “Qalatasaray”ın baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb
# 20 oktyabr 2010 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyə informasiya agentlikləri və telekanalları oktyabrın 20-də səhər qarşılıqlı razılaşma əsasında F. Raykaardın müqaviləsinin ləğv edildiyini xəbər veriblər.

Qeyd edək ki, Hollandiyanın əfsanəvi futbol adamı F. Raykaardın rəhbərliyi ilə ötən mövsüm Türkiyə Super Liqasında 3-cü olan “Qalatasaray” bu mövsümə də uğursuz başlayıb. Avropa Liqasının ön mərhələsində Ukraynanın “Karpatı” (Lvov) komandası tərəfindən yarışdan kənarlaşdırılan “Qalatasaray” Türkiyə çempionatında 8-ci turdan sonra 9-cu yerdədir. Komanda 8 oyundan 4-də məğlubiyyətə uğrayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR