Bank Of Baku

Çernoqoriya – Azərbaycan matçının nəticəsi FİFA reytinqinə daxil edilməyəcək

Çernoqoriya – Azərbaycan matçının nəticəsi FİFA reytinqinə daxil edilməyəcək
# 21 oktyabr 2010 11:33 (UTC +04:00)
Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini noyabrın 17-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, ayda 1 dəfə tərtib olunan həmin siyahıda Azərbaycan – Çernoqoriya matçı nəzərə alınmayacaq.

Çünki görüş reytinqin açıqlandığı gün, hətta bundan bir neçə saat sonra başlayacaq. Bu isə o deməkdir ki, Çernoqoriya ilə qarşılaşma növbəti reytinqə daxil edilməyəcək. Millimizin səfər matçı yalnız dekabrda açıqlanacaq cədvəldə öz əksini tapacaq.

Qeyd edək ki, hazırda yığmamız FİFA reytinqində 91-ci yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR