Bank Of Baku

Georgi Hacı “Qalatasaray”ın baş məşqçisi təyin edilib

Georgi Hacı “Qalatasaray”ın baş məşqçisi təyin edilib
# 21 oktyabr 2010 13:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, Frank Raykaard vəzifədən uzaqlaşdırıldıqdan bir gün sonra bu posta “Qalatasaray”ın və Rumıniya futbolunun əfsanəsi Georgi Hacı (George Hagi) gətirilib. G. Hacının köməkçisi “Qalatasaray”ın sabiq kapitanı, hazırda klubun gənc komandalarına başçılıq edən Tuqay Kərimoğlu olacaq. Oktyabrın 22-də yerli vaxtla saat 15.30-da G. Hacı və T. Kərimoğlu üçün rəsmi imza mərasimi təşkil ediləcək.

Xatırladaq ki, G. Hacı 1996-2001-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib. Komandanın 4 il ardıcıl Türkiyə çempionu olmasında, UEFA kuboku və Avropa Superkubokunu qazanmasında onun həlledici rolu olub. G. Hacı futbolçu karyerasını bitirdikdən bir müddət sonra - 2004-2005-ci il mövsümündə “Qalatasaray”ın baş məşqçisi vəzifəsində çalışıb. Komanda onun başçılığı ilə Türkiyə kubokunu qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR