Bank Of Baku

Unibank Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib

Unibank Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib
# 26 oktyabr 2010 10:22 (UTC +04:00)
Bakı – APA. Unibank Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının mətbuat işçiləri arasında birgə keçirdiyi sorğunun qalibi adını Samir Zərgərov qazanıb.

“Gəncə” klubunun hücumçusu komandasının ötən ay qazandığı uğurlara vurduğu qollarla töhfə verdiyi üçün belə yüksək qiymətə layiq görülüb. Səsvermədə iştirak edən apasport.az saytı da məhz Samirə səs vermişdi.

Qeyd edək ki, sorğunun nəticələri saat 15:00-da keçirilən mükafatlandırma mərasimində açıqlanacaq. İkinci yeri Kamran Ağayev (“Xəzər Lənkəran”), üçüncü yeri isə Bahodir Nasimov (“Neftçi”) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR