Bank Of Baku

AFFA “Neftçi” klubunu cəzalandırıb

AFFA “Neftçi” klubunu cəzalandırıb
# 26 oktyabr 2010 10:27 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda ölkə çempionatının X turunda baş verən qanun pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” ilə matçın 39-cu dəqiqəsində “Gəncə”nin futbolçusu Mətləb Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, komandası isə 2 min manat cərimə olunub. Fasilə zamanı “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb və paytaxt təmsilçisi 5 min manat cərimə edilib.

“Simurq”la oyunun 89-cu dəqiqəsində Davud Kərimi (MOİK) sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, MOİK isə bu səbəbdən 200 manat ziyana düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR