Bank Of Baku

Tofiq Bəhramovun hakimlik etdiyi matçdan yadigar medal auksiona çıxarılıb

Tofiq Bəhramovun hakimlik etdiyi matçdan yadigar medal auksiona çıxarılıb
# 28 oktyabr 2010 00:22 (UTC +04:00)
Bakı-APA. Tofiq Bəhramovun 1966-cı ildə dünya çempionatında hakimlik etdiyi final matçda qalib gəlmiş İngiltərə komandasının oyunçularından biri Nobbi Staylz öz qızıl medalını satışa çıxarıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Nobbi Staylz ingilis futbolunda qızıl dövrün nümayəndəsidir. O iki dəfə ölkə çempionu olmuş və Mançester Yunaytedin tərkibində Avropa Çempionlar Kubokunu qazanıb.
Lakin onun karyerasının ən qürurlu məqamı Almaniya üzərində 4-2 hesabı ilə qələbə qazanaraq dünya çempionu olması idi. Bu hələ də futbolu yaradan millətin yeganə beynəlxalq uğuru olaraq qalmaqdadır.
Staylz özünün qızıl medalını, komanda yoldaşı Alan Bollun qırmızı maykasını da satışa çıxarıb. Belə ki, final oyunundan sonra onlar maykalarını dəyişdirmişdilər.
68 yaşlı Nobbi Staylz etiraf edir ki, bu onun üçün çətin qərar olub. Lakin satışdan qazandığını üç oğlu arasında bölüşdürmək niyyəti hər şeyi üstələyib.
Həmin dünya çempionlarından yalnız üçü hələ də qızıl medallarını satmayıblar. Bunlar Rocer Hant və iki Çarlton qardaşlarıdır.
Ehtimallara görə, Staylz bu auksiondan ən azı 240 min dollar götürəcək. Dünyanın müxtəlif yerlərindən alıcılar təkliflərini edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR