Bank Of Baku

Qus Hiddink Türkiyə yığmasında 7 yeni futbolçuya şans verəcək

Qus Hiddink Türkiyə yığmasında 7 yeni futbolçuya şans verəcək
# 29 oktyabr 2010 12:33 (UTC +04:00)
Bakı – APA. AÇ-2012-nin seçmə mərhələsinin son 2 matçında əvvəl Almaniyaya (0:3), daha sonra Bakıda millimizə uduzan (0:1) Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink artıq islahatlara başlayıb. Apasport.az saytının xəbərinə görə, hollandiyalı mütəxəssis növbəti oyunlarda 7 yeni futbolçuya şans verməyi qərara alıb.

Hiddink “Bavariya”nın icarə əsasında “Nürnberq”də forma geyinən 20 yaşlı yarımmüdafiəçisi Mehmet Ekinci ilə yanaşı , “Trabzonspor”dan Sərkan Balcı, “İstanbul BB” Gökhan Süzen, “Kasımpaşa”dan Yekta Kurtuluş, “Qaziantepspor”dan Orhan Gülle, “Əskişəhərspor”dan Batuhan Karadəniz və “Kayserispor”dan Hasan Ali Kaldıranı “ay-ulduzlular”ın düşərgəsinə çağıracaq.

Hollandiyalı məşqçi Nihat Kahveçi, Gökhan Zan və Hakan Baltanın bir daha milli komandaya çağırılmayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR