Bank Of Baku

“Qalatasaray” “Neftçi” ilə 2 yoldaşlıq görüşü keçirəcək

“Qalatasaray” “Neftçi” ilə 2 yoldaşlıq görüşü keçirəcək
# 04 noyabr 2010 11:15 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray”la yoldaşlıq oyunu keçirmək istəyən Bakının “Neftçi” klubunun arzusu gerçəkləşib. Apasport.az saytının məlumatına görə, bu gün Bakıda mətbuat konfransı keçirən İstanbul təmsilçisinin idman direktoru Adnan Sezgin qarşılaşma ilə bağlı razılığın əldə olunduğunu söyləyib.

O bildirib ki, artıq matçın təxmini tarixi də müəyyənləşib. Belə ki, görüş gələn il yanvarın 7-10-da baş tutmalıdır. Yanvarın 12-də Türkiyə kubokunda oynamalı olan “Qalatasaray” sıx təqvim üzündən yalnız bu tarixə üstünlük verib. Bakılılar isə başqa variant olmadığından, Antalyada təşkil olunacaq matçın bu tarixdə keçirilməsinə razılıq veriblər.

Lakin “Neftçi” bununla kifayətlənmək niyyətində deyil. Ölkəmizdə minlərlə azarkeşi olan “sarı-qırmızılar”ı Bakıya gətirib, ayda-ildə bir dəfə dolan Tofiq Bəhramov adına Respublika stadionunda anşlaqa nail olmaq istəyən “Neftçi” qonşularımızla bu yöndə də razılığa gəlib. Gələn ilin yayında komandaların Bakıda qarşılaşması haqda ilkin razılıq əldə olunsa da, matçın dəqiq tarixi hələ müəyyənləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR