Bank Of Baku

Adnan Sezgin: “Bakıya Melkiorre üçün gəlməmişəm”

Adnan Sezgin: “Bakıya Melkiorre üçün gəlməmişəm”
# 04 noyabr 2010 11:27 (UTC +04:00)
Bakı – APA. “Bakıya səfərimin məqsədi komandamıza keçməsi müzakirə olunan Covanni Melkiorre ilə bağlı deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının qonağı olan Türkiyənin “Qalatasaray” klubunun idman direktoru Adnan Sezgin deyib.

“Neftçi” klubunun dəvəti ilə ölkəmizdə olan Sezgin səfərinin əsas səbəbini belə izah edib: “Neftçi” rəhbərliyi bizə əməkdaşlıq təklif etmişdi. Biz də bunu müsbət dəyərləndirdik və Bakıya gəldim”.

Sezgin bildirib ki, “Neftçi”dən “Qalatasaray”a keçən fiziki hazırlıq üzrə italiyalı məşqçi Covanni Melkiorre ilə bağlı yaranan problem xırda məsələdir: “Melkiorre məsələsi “Qalatasaray”lıq məsələ deyil. Baş məşqçimiz Georgi Hacı onu öz komandasında görmək istədi. Bu xırda problemdir və tezliklə həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR