Bank Of Baku

Salyanın “Muğan” klubunun baş məşqçisi istefa verib

Salyanın “Muğan” klubunun baş məşqçisi istefa verib
# 13 noyabr 2010 13:57 (UTC +04:00)
Bakı – APA. Unibank Premyer Liqasında daha bir istefa gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Salyanın “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç komandasından ayrılmaq qərarına gəlib.

Bosniya və herseqovinalı mütəxəssisi çempionatın XIII turunun “Neftçi” ilə qarşılaşmasından (0:3) sonra istefa verib. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev apasport.az saytına açıqlamasında xəbəri təsdiqləyərək, istefanın böyük ehtimalla qəbul olunacağını bildirib.

Qeyd edək ki, “Muğan”a qədər “Turan” və MOİK-də də baş məşqçi istefa vermişdi. Lakin Sakit Alıyevdən fərqli, Ramil Əliyevin istefası qəbul olunmadığından MOİK-in çalışdırıcısı hələ də iş başındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR