Bank Of Baku

Azərbaycan yığması FİFA reytinqində rekord pilləyə yüksəlib

Azərbaycan yığması FİFA reytinqində rekord pilləyə yüksəlib
# 17 noyabr 2010 13:17 (UTC +04:00)
Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığması 1 pillə irəliləyərək 381 xalla 90-cı yerə yüksəlib. Bu, milli komandamızın FİFA-nın reytinq cədvəlində indiyədək qeydə alınan ən yüksək göstəricisidir.

Yığmamızdan fərqli olaraq, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində rəqiblərimizdən heç birinin mövqeyində dəyişiklik baş verməyib. Almaniya 1489 xalla 4-cü pillədəki mövqeyini qoruyub. Bundestim kimi, Türkiyə də (29-cu yer, 488) yerində “sayıb”. Avstriya 49-cu (572), Belçika 62-ci (494), Qazaxıstan isə 137-ci (169) yerləri tuturlar.

Son açıqlanan cədvəldə olduğu kimi, İspaniya 1920 xalla liderliyini davam etdirir. II yerdə Hollandiya (1718), III yerdə isə Braziliya (1493) yığmaları qərarlaşıblar.

Noyabr ayı üçün açıqlanan siyahıda ən böyük uğura Qrenada milli komandası imza atıb. Onlar birdən-birə 34 pillə irəliləyərək 81-ci pilləyə yüksəliblər. Geriləyən yığmalara isə Toqo futbolçuları başçılıq edir. Toqolular 20 pillə aşağı düşərək, 107-ci yerdə qərarlaşıblar.

Növbəti reytinq cədvəli dekabrın 15-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR