Bank Of Baku

Futbol üzrə Azərbaycan yığması 2010-cu ildə son görüşünü məğlubiyyətlə başa vurub

Futbol üzrə Azərbaycan yığması 2010-cu ildə son görüşünü məğlubiyyətlə başa vurub
# 17 noyabr 2010 16:12 (UTC +04:00)
Bakı - APA-Sport. Bu gün futbol üzrə Azərbaycan yığması 2010-cu ildə son görüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, milli komandamız səfərdə Çernoqoriya yığması ilə qarşılaşıb.

Podqoritsada keçirilən yoldaşlıq oyununda meydan sahibləri qələbə qazanıb. İlk yarıda qapılara qol vurulmasa da, fasilədən sonra yığmamız 2 dəfə oyuna mərkəzdən başlayıb. 61-ci dəqiqədə Peyoviçin təxminən 28 metrdən vurduğu fantastik zərbə qarşısında Kamran Ağayev aciz qalıb. Bundan 12 dəqiqə sonra çernoqoriyalılar daha bir qol vurublar. Bu dəfə sağ cinahdan qapı qarşısına ötürülən topu Beçiray başla qapıya göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR