Mahir Şükürov: “Anji”nin məşqçisi ilə problemim var” - MÜSAHİBƏ
- Hələ oyundan öncə mətbuat konfransında da demişdik ki, Podqoritsada məqsədimiz qələbə qazanmaqdır. Düzdür, komanda ilk hissədə, ümumilikdə 75 dəqiqə yaxşı oynadı. Ancaq ilk qoldan sonra oyunumuz alınmadı. Həm də yoldaşlıq görüşü idi deyə, əvəzetmələrimiz də çox oldu. Sözün açığı, hava şəraiti oyunumuza imkan vermədi.
- Allergiya səbəbindən 3 həftədir oynamamağınız hiss olunurdu. Baş məşqçi Berti Foqts da görüşdən sonra təşkil olunan mətbuat konfransında bunu qeyd etdi...
- Bəli. Foqts oyundan sonra paltardəyişmə otağında dedi ki, Mahir 3 həftə oynamasa da, sağ olsun, bu gün komanda üçün meydanda can yandırdı. Düzdür, futbolçu bir oyun buraxanda, istər-istəməz ağır olur. Məşqi buraxanda bunu bərpa etmək olur, ancaq oyunu yox.
- Ancaq kənardan oyununuz elə də pis təsir bağışlamırdı. Fiziki hazırlığınızla bağlı ciddi problem nəzərə çarpmırdı...
- Özümü bu oyuna toparlamışdım ki, 3 həftə məşq etməməyim hiss olunmasın. Fikrimcə, baş məşqçinin oyundan sonra haqqımda söylədikləri məndən razı qaldığına işarədir. Foqts bildirdi ki, xeyli məşq etməsən də, elə bil oynamısan, bütün məşqlərini də etmisən.
- Matçın ilk yarısında mübarizə apardığınız bəzi epizodlarda kobudluqlar oldu. Hətta bir epizodda rəqibi vurdunuz. Baş hakim də kənara çəkib, sizi sakitləşdirdi. Bu aqressivlik nə ilə bağlı idi?
- Düzdür, rəqibə qarşı kobudluq etmişdim. Çünki məni aldadıb, qapımıza doğru irəliləyə bilərdi. Mən də çəkinməyib, ona qarşı sərt oynadım. Durub mənə əl atdı. Baş hakim bu epizodda ona qırmızı, mənə isə sarı vərəqə göstərə bilərdi. Bilirdik ki, çernoqoriyalılar sərt, kobud oyuna üstünlük verirlər. Ona görə də çox sərt oynamırdım. Baş məşqçi bu barədə tapşırıq vermişdi deyə, səsimi çox çıxartmırdım. Sonra deyəcəkdilər ki, kapitan komandaya nümunə olmaq əvəzinə, özü kobudluq edir.
- Uzun fasilədən sonra kapitan kimi, özünüzü meydanda necə hiss etdiniz?
- Normal, öhdəsindən gəldim. Ancaq uduzmağımız pis oldu.
- Əvvəllər müdafiənin sağ cinahında yer alsanız da, “Anji”də və son vaxtlar yığmada yarımmüdafiənin sağında oynayırsınız. Çernoqoriya ilə görüşdə müdafiənin sağ cinahına qayıtdığınızdan, hücuma az qoşulurdunuz...
- Səfərdə oynadığımızdan əsas məqsədimiz müdafiəni diqqətdə saxlamaq idi. Öndə isə yarımmüdafiə və hücumçular öz işlərini görməli idi. Ona görə hücuma çox qoşulmurdum ki, müdafiəyə kömək edim.
- Klubdakı karyeranız haqda nə düşünürsünüz? “Anji” ilə müqaviləniz olsa da, mövsüm bitməkdədir və “transfer pəncərəsi” açılacaq...
- Hələ bu haqda danışmaq istəmirəm. İnşallah, variantlar var və çempionat bitəndən sonra bunu açıqlayacağam.
- “Anji”nin baş məşqçisi Hacı Hacıyevlə münasibətlərinizdə soyuqluq yoxdur ki?
- Yox. Hacıyevlə münasibətlərim normaldır. İnşallah, mövsümün bitməsini gözləyirəm.
- Bəs, baş məşqçi köməkçisi Andrey Qusinlə necə? Ukraynalı məşqçi mətbuatda sizə qarşı bir neçə dəfə iradlar bildirib...
- Qusinlə problemimiz var.
- Adətən futbolçunun baş məşqçi ilə problemi olur. Maraqlıdır, niyə məhz məşqçi ilə?
- Bilirsiniz necədir, Qusin özü problem yaradır. Mən də ona baş qoşmaq istəmirəm.
- Qusin sizə çox müsahibə verdiyinizi irad tutub. Komanda yoldaşınız David Tsorayevi sizdən üstün tutub...
- Sona 2 tur qalıb və oturub, eksperiment aparır. Mənimlə Tsorayevin oyun xüsusiyyətlərini müqayisə edir. Ancaq Mahir neçə tur oynamasa belə, ən məhsuldar futbolçu seçilir, səsvermədə, reytinqdə qabaqdadır. 3 ötürməmdən qol vurulub. İstəməzdim ki, Qusin belə şeylər danışsın. Ona görə də çempionatın bitməsini gözləyirəm. Bilirsiniz, “Anji”də elə futbolçular var ki, media onlarla heç vaxt əlaqə saxlamır. Ancaq ölkəmizdən orada yeganə legioner olduğumdan, Azərbaycandan jurnalistlər mənimlə əlaqə saxlayırlar.
- Azərbaycanlı jurnalistlərə verdiyiniz müsahibələrə görə klubda problemlə üzləşdiyinizi düşünürsünüzmü? Buna görə, bizlərdən gileyiniz varmı?
- Yox. Sadəcə, mən danışıram, onlar narazılıqlarını bildirirlər. Jurnalistlər hər dəfə mənə zəng edirlər, danışıram. Bundan sonra mənimlə prinsip aparırlar. Sözün açığı, belə şeylər var. Onlarla yola getməməkdə əsas problem media ilə ünsiyyətimdir. Ancaq mən jurnalistlərimizi heç vaxt onların ayağına vermərəm.
- Futbolçunun mətbuata müsahibə verməsi normal haldır. Elə Rusiyada da buna dəfələrlə şahid olmuşuq...
- Düzdür. Sadəcə, bəlkə də başqa futbolçu müsahibə versəydi, onunla belə danışmaz, irad bildirməzdilər. Ancaq mən azərbaycanlıyam və bu səbəbdən belə rəftar edirlər.
- Bu, ayrıseçkilik nə ilə bağlıdır? Azərbaycanlının Rusiyada nə problemi var?
- Başqa futbolçu danışanda, heç nə demirlər. Ancaq mən danışanda, “ilişirlər”. Deyirlər ki, niyə müsahibə verirsən. Ona görə bir az başım ağrıyır. Ancaq həmişə demişəm ki, jurnalistlərimizi onlardan üstün tutacağam.
- “Anji” ilə müqaviləniz var. Ayrılmaq istəsəz, sizə problem yaratmazlar ki?
- İndi bu haqda bir şey deyə bilmərəm. Desəm, yenə başımı ağrıdacaqlar.
- Cəmi bir il legioner həyatından sonra vətənə dönməyi necə qəbul edəcəksiniz?
- Yox, Vətənə qayıtmağı düşünmürəm. İnşallah, yenə legioner həyatı yaşayacağam.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir