Bank Of Baku

Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində rəqibləri müəyyənləşib
# 30 noyabr 2010 09:11 (UTC +04:00)
Bakı – APA. Bu gün 17 yaşadək futbolçular arasında yığma komandaların (U-17) Avropa çempionatının 2011/12 mövsümünün ilkin mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi VII qrupda yer alıb.

Təbriz Həsənovun yeni təyin olduğu U-17-nin rəqibləri Belçika, Xorvatiya, Ukrayna olub. Gələn ilin payızında keçiriləcək seçmə mərhələ oyunlarının harada keçiriləcəyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, yığmamız Sloveniyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün qrupda ilk iki yeri tutmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR