Bank Of Baku

Gürcüstan “Birlik kuboku”ndan imtina etdi

Gürcüstan “Birlik kuboku”ndan imtina etdi
# 03 dekabr 2010 11:40 (UTC +04:00)
Bakı – APA. Gələn ilin yanvarında Rusiyada keçiriləcək “Birlik kuboku”nda oynamaqdan imtina edən klubların siyahısına daha biri əlavə olunub. Apasport.az saytının məlumatına görə, bu dəfə komanda deyil, ölkə yarışda təmsil olunmamaq qərarına gəlib.

Belə ki, yanvarın 14-23-də Sankt-Peterburqda təşkil olunacaq yarışda Gürcüstan çempionu Olimpi” iştirak etməyəcək. Buna klub rəhbərliyinin deyil, Gürcüstan Futbol Federasiyasının qərarı səbəb olub. Federasiyadan verilən açıqlamada bildirilir ki, Gürcüstanın bu yarışda təmsil olunması məqsədəuyğun deyil: “Bu səbəbdən də təklifi rədd etdik”.

Qeyd edək ki, Azərbaycanı son ölkə çempionu “İnter” təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR