Bank Of Baku

Azərbaycan yığması Danimarka millisi ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan yığması Danimarka millisi ilə yoldaşlıq oyunu keçirəcək
# 07 dekabr 2010 14:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvar–fevral aylarında Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirməsi üçün danışıqlar aparan AFFA Danimarka millisi ilə ilkin razılıq əldə edib.

Rəsmi razılaşmadan sonra Azərbaycan və Danimarka milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Danimarka millisi FİFA-nın reytinq cədvəlində 812 xalla 27-ci pillədə qərarlaşıb. Yığmamız indiyədək heç vaxt bu rəqiblə görüşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR